26.09.2025
26 sentyabr 2025- ci il tarixində Tovuz rayon üzrə Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə 27 sentyabr- Anım günü ilə bağlı "Tarixi yenidən yazanlar" adlı ədəbi-bədii kompozisiya təşkil olunub. İlk öncə çıxış edən Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin direktoru Xəyal Nağıyev qeyd edib ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020- ci il sentyabrın 27- də başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız həmrəylik nümayiş etdirərək , düşmənə sarsıdıcı zərbələr endirmişdir. Sonra tədbir Anım gününə həsr olunmuş ədəbi- bədii kompozisiya ilə davam etdirilmişdir.